Fransalı gimnast: Bakıda Dünya Kubokunda Olimpiya Oyunlarının atmosferi hiss edilir


Digərləri 16 Fev 2019 22:29:25 171 0

Fransalı gimnast: Bakıda Dünya Kubokunda Olimpiya Oyunlarının atmosferi hiss edilir

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Olimpiya Oyunlarının atmosferi hiss edilir

Bakı. Sara İsrafilbəyova, Cani Babayeva - Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Olimpiya Oyunlarının atmosferi hiss edilir. Bunu Trend-ə fransalı gimnast Alan Morante deyib. A.Morante qeyd edib ki, Azərbaycanda çıxış etməyindən şaddır. Onun fikrincə, Bakıda keçirilən Dünya Kuboku digərlərindən fərqlənir: "Burada təşkilat səviyyəsi çox yaxşıdır və idmançıların ən yaxşı çıxışı göstərə bilmələri üçün bütün şərait var. Burada hər şey fərqlidir. Xüsusilə də Bakıda qalibiyyət Olimpiya Oyunlarına vəsiqəni təmin edir". Onun sözlərinə görə, Bakıda keçirilən Dünya Kuboku Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan yaradan 6 Dünya Kubokundan ən vacibidir. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.