Bakıda işsiz statusu verilmiş şəxslərin sayı açıqlandı


Digərləri 16 Fev 2019 22:24:00 242 0

Bakıda işsiz statusu verilmiş şəxslərin sayı açıqlandı

2018-ci il ərzində Bakıdakı məşğulluq xidməti orqanlarının işsiz statusu verdiyi şəxslərin və işsizlikdən sığorta ödənişi alanların sayı açıqlanıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ötən il paytaxtda 9 243 nəfərə işsiz statusu verilib ki, bunun da 3 703 nəfərini qadınlar təşkil edib.

İl ərzində 599 nəfərə işsizlik müavinəti ödənilib ki, bunun da orta məbləği 198,7 manat olub.