Kişilərin “başının bəlası” üçün çarə


Digərləri 16 Fev 2019 22:26:00 324 0

Kişilərin “başının bəlası” üçün çarə

Kişilərdə rast gəlinən prostat vəzin şişi və iltihabı zamanı müəyyən bitkilərdən istifadə faydalıdır.

Son.az teleqraf.com-a istinadən bu bitkilər haqqında məlumat verir.

Brokoli prostat və sidik yolları iltihabına qarşı ən yaxşı müalicə vasitəsidir. Amerika və Avropada çox sevilən brokolidən ölkəmizdə yeni-yeni istifadə etməyə başlayıblar.

Balqabaq tumunun içərisindəki maddə xərçəngə qarşı xeyirlidir. Xoş xassəli prostatın böyüməsini də önləyir.

Yaşıl çaydakı kateşin adlı maddə xərçəng hüceyrələrini seçib məhv edir. Həkimlər yaşıl çayı prostat xəstələrinə tövsiyə edirlər.