Soyuq suyun ağlasığmaz faydaları –


Digərləri 16 Fev 2019 22:28:00 289 0

Soyuq suyun ağlasığmaz faydaları –

İsti və ilıq suda çimmək insanı nə qədər rahatlatsa da, soyuq su ilə çimməyin bədənə xeyri daha çoxdur.

Son.az teleqraf.com-a istinadən soyuq suda yuyunmağın faydalarını təqdim edir.

Xüsusilə səhər yataqdan qalxmaqda çətinlik çəkənlərə soyuq duş daha xeyirdir. Soyuq su hüceyrələri və qan dövranını hərəkətə gətirir.

Soyuq suda çimmək stressi götürür və ovqatı yaxşılaşdırır.

Bu, üz dərisinə və saçlara da xeyirdir. Çox isti və ya ilıq su ilə çimmək saçı yağladır, üzü və saç dərisinin pul-pul görsənməsinə səbəb olur. Soyuq su ilə yuyunanda isə saçlar parıldamağa başlayar.