Mədəaltı vəzin çox sevdiyi 10 qida –


Digərləri 16 Fev 2019 22:17:00 273 0

Mədəaltı vəzin çox sevdiyi 10 qida –

Şərqdə qaraciyəri kraliça, mədəaltı vəzi isə kiçik şahzadə adlandırırlar. Çox asanlıqla " özündən çıxan", hər qidanı bəyənməyən, çox zərif, kiçik bir orqan az qala orqanizmi idarə edir.

Son.az medicina.az-a istinadən həzm və hormonal funksiyaları idarə edən mədəaltı vəzinin yaxşı işləməsi üçün onun sevdiyi qidaların siyahısını təqdim edir. Çalışın məhz bu ərzaqlardan ay ərzində bir neçə dəfə qəbul edəsiz.

1.Brokkoli

Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur. Yaxşı olar ki, brokkolini ya buxarda bişirib, ya da şirəsini çiy halda içəsiz.

2.İspanaq

Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.

3.Yoqurt

İmmun sistemi möhkəmləndirən probiotikdir, mədə-bağırsaq sistemin işini yaxşılaşdırır. Mədəaltı vəz üçün az yağlı, qatqısız, rəngsiz, təbii yoqurtlar seçin.

4.Balqabaq

Duz turşularını neytrallaşdırır, tərkibində karotin, kaliy, B qrup vitaminləri, dəmir, maqniy mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.

5.Batat   Yer kartofu, qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir.