Bayır geyimi və ayaqqabı ilə evdə gəzməyin


Digərləri 16 Fev 2019 21:55:00 238 0

Bayır geyimi və ayaqqabı ilə evdə gəzməyin

Amerika alimləri Mark Strand və Rayan Han "Yolun tozu və onun insan sağlamlığına təsiri" adlı araşdırması işıq üzü görüb.

Onların apardığı geniş miqyaslı araşdırmalar nəticəsində məlum olub ki, bayır geyimi ilə evdə gəzmək olmaz.

İş ondadır ki, yol tozunun kiçik bərk hissəciklərinin tərkibində sink, alüminium və digər metallar var.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu metallar nəfəs yollarında ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Əgər siz evdə bayır ayaqqabısı ilə gəzməyə alışmısınızsa, bundan yaxa qurtarmaq lazımdır. Əks halda, mərkəzi əsəb sistemi xəstəliyi olan listerioza tutulacaqsınız.

Krassovka və ayaqqabılarda toplanan bakteriyalar meningitin inkişafını sürətləndirir, həmçinin baş beyin və onurğa beyin qabığının xəstəliyinə səbəb olur.