Övlad sahibi ola bilməyənlər niyə


Digərləri 16 Fev 2019 21:25:00 335 0

Övlad sahibi ola bilməyənlər niyə

"Uşaqları olmadı boşandılar". Bu ifadə bir çox ailənin boşanma səbəbini soruşarkən aldığımız cavabdır. Bəli, danılmaz faktdır ki, boşanmaların əksəriyyəti uşağa görə olur. Açıqlanan statistik göstərici də bunu təsdiq edir. Belə ki, Azərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları 33,5 faiz artıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmamağı səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən nikahların pozulması halları 588 olub. Nazirlikdən bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmamağı, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin yoxluğu, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmamağı, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır. Son.az kaspi.az-a istinadən bildirir ki, əslində, sadalanan səbəblərin hamısını bir-bir nəzərdən keçirəsi olsaq, boşanmalara müəyyən qədər haqq qazandırmaq olar. Yəni xasiyyətin tutmadığı, zorakılığın tətbiq edildiyi, münasibətlərin pozulduğu, ziyanlı vərdişlərin olduğu evliliyi davam etdirmək çətin olur. Amma uşağın olmamağına görə boşanmaq başadüşülən deyil. Maraqlıdır, nəyə görə sonsuz olan ailələr çıxış yolunu boşanmaqda görür? Hətta, məşhur bir deyim var: "Ölümdən başqa hər şeyin çarəsi var". Həqiqətən də, texnika və texnologiyanın, tibb elminin inkişaf etdiyi dövrdə nə üçün insanlar övlad sahibi ola bilmirlər deyə ailələrini dağıdırlar? Digər tərəfdən, axı, kim zəmanət verir ki, başqa biri ilə yenidən quracağınız ailədə övladınız olacaq? Günümüzdə sonsuz şəxslərin də xoşbəxt olmağı, ailələrini dağıtmamağı üçün bir sıra alternativ yollar var. Məsələ ilə bağlı mütəxəssislərlə həmsöhbət olduq.

İki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonu

Psixoloq Könül Telmanqızı bildirdi ki, böyük ümidlərlə başlayan nikahlar bəzən boşanmalarla nəticələnir: "Boşanma iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur. Boşanmanın bir çox psixoloji səbəbləri var. Boşanma hallarının yaşanmamağı üçün ailədə birinci sevgi, hörmət və güvən önəmli olmalıdır. Ailədə yaranacaq məişət problemləri, anlaşılmazlıqları və övlad problemini cütlər öz münasibətlərində anlayışla qarşılayaraq həll edə bilərlər. Gənclər evlənməmişdən əvvəl beyinlərində gələcək ailə həyatı və böyüdəcəyi övladları haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər ilə qurduğu ailə həyatı üst-üstə düşməyən zaman isə problemlər yaranır, beyində müqayisə başlanır. Çünki gənclər ailə qurmamışdan əvvəl beyinlərində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördülər".

K. Telmanqızı deyir ki, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: "Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlərlə bağlı olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə, bu, uşaq dünyaya gətirməyə də mane olur. Bu dövr ər və arvad üçün müxtəlif aspektlərdə çətinliklərin yaşandığı dövrdür. Hər bir problemin fizioloji səbəblərindən başqa, həll prosesi zamanı psixoloji səbəbləri araşdırılmalıdır. Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. İlk olaraq insan psixoloji cəhətdən özünü hazır tutmalıdır. Yaranmış stressin başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər birinci hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin həlli yolunu boşanmada görməsə, uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa uyğunlaşmaqda müəyyən dövrü keçərsə, ailədə yaranacaq hər şeyə psixoloji cəhətdən də hazır olacaqlar".

"Uşaq olmasa olmaz!"