Xəstələnək, qorunaq, yoxsa peyvənd ? –


Digərləri 16 Fev 2019 21:17:00 299 0

Xəstələnək, qorunaq, yoxsa peyvənd ? –

Son aylar dünyada, eləcə də Rusiyada və Azərbaycanda aktivləşən qızılca çox insanların yuxusunu ərşə çəkib. Daha çox valideynlər övladlarının bu xəstəlikdən ağır vəziyyətə düşəcəyindən qorxur. Çünki pediatrlar peyvəndsiz uşaqların qızılcanı daha çətin keçirdiyini bildirir, hamını peyvəndə səsləyir, Səhiyyə Nazirliyi isə hətta böyüklərin və peyvənd olunmuşların da bu yaxında peyvəndə cəlb ediləcəyini bildirir.

Son.az medicina.az-a istinadən qızılca ilə bağlı ünvanlanmış  ən aktual sualları toplayıb, onlara cavabları təqdim edir.

1. Qızılca adi uşaq xəstəliyidir. Ondan niyə qorxaq? Bir dəfə xəstələnək, canımız qurtarsın.

Qızılca - ciddi, ağırlaşmaları olan  infeksion xəstəlikdir. O, heç vaxt yüngül keçməyib. Əgər uşaq peyvənd olunubsa, bir qədər yüngül formada keçirə bilər. Peyvəndsiz uşaqda qızılca bu gedişatla başlayır: yüksək hərarət, bağırsaq pozulması, öskürək, burun axması, titrətmə. Klassik səpkilər yalnız yalnız 4 -5 gündən sonra üzə çıxır. Ləkəli -papulyozlu səpki üz və boyunda, daha sonra əllərdə və bədəndə yayılır. Ən sonda aşağı ətraflarda görünür.

2.Qızılcanın ən dəhşətli ağırlaşmaları hansılardır ki, insanı öldürə bilir?

Belə ağırlaşmalar çoxdur. Ən təhlükəliləri: ensefalit, pnevmoniya, miokardit - ürəyin iltihabı xəstənin ölümü ilə nəticələnə bilər. Eləcə də gözləri zədələyə bilər ki, uşaq ömürlür gözdən əlil olar. Ən pisi qızılcanın yoluxucu olmasıdır. Yoluxma şansı yaxınlıqda olan insan üçün 95%-dir.

3.Yaxşı olmazmı, peyvənd olmadan elə xəstələnək, immunitet yaransın?

Xeyr. Bu böyük riskdir. Peyvənd dünyada 60 ildir aparılır, hələ qızılca peyvəndindən ölən olmayıb. Amma qızılcadan ağırlaşanlar, ölənlər var. Əgər bir dəfə peyvənd olunubsa insan 93% effektivlik var, ikinci dəfə olunubsa artıq 99%-dir.

Əgər siz heç vaxt qızılca peyvəndi olmamısızsa, heç vaxt qızılcaya yoluxmamısızsa və qanda qızılcaya qarşı antitel yoxdursa - bunu qan analizi ilə təyin edirlər - o zaman mütləq peyvənd olunmalısız.