Göygöldə iki minik maşını toqquşub


Digərləri 16 Fev 2019 20:52:00 729 0

Göygöldə iki minik maşını toqquşub

Göygöl şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki,  "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 56 yaşlı Daşkəsən rayon sakini Əlişad Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.