Körpəniz yatmırsa, bu yollara baş vurun


Digərləri 16 Fev 2019 20:55:00 266 0

Körpəniz yatmırsa, bu yollara baş vurun

Yeni doğulan körpələrin çoxu yuxuya getməkdə çətinlik çəkir. Və bu vəziyyət ananın ciddi probleminə çevrilir. Bəs bu problemi necə həll etmək olar? e-tibb.az körpənizi yatırmağın ən asan yollarını təqdim edir.

Əgər uşaq hər gecə çətin yuxuya keçirsə və siz artıq yorulursunuzsa, bu yollara baş vurmaqdan çəkinməyin. Körpə və ana ilk vaxtlar bir-birinə öyrəşməkdə çətinlik çəkə bilərlər ki, bu da çox normal hesab edilir. Ancaq unutmayın ki, hər gecə yata bilməyən körpə ilə birlikdə ananın da yuxu rejimi pozulur, bunun da ən çox zərəri uşaqlara dəyir.

1. İlıq hamam

Uşağı ilıq suda yumşaq bədən süngəri və zərif hərəkətlərlə, tələsmədən yuyun. Yuxudan əvvəl yaxalanmaq uşağı xeyli rahatladacaq və yatmasına kömək edəcək.

2. Birlikdə yatmaq

Birlikdə yatmağı dəstəkləyən və ya qarşı çıxanlar ola bilər. Ancaq araşdırmalar zamanı məlum olub ki, valideynlə yatan uşaqlarda özünə inam hissi güclü olur, daha az narahatlıq keçirirlər. Birlikdə yatmaq üçün beşiyi və ya uşağın çarpayısını öz yatağınızın yanına yerləşdirin. Körpə ilə birlikdə eyni yataqda yatmaq təhlükəli ola bilər.

3. Gözəl ətir

Bəzi uşaqlar gözəl ətirləri sevər. Kağız salfetin üstünə bir-iki damcı lavanda yağı damızdırın və yatağının yanına qoyun. Lavanda uşağı rahatladır. Amma 6 aydan kiçiklər üçün bunu etmək məsləhət deyil. Allergiyası olan uşaqlarla bağlı isə paltarların və döşək ağlarının yuyulmasında ətirsiz yuyucu maddələrdən istifadə edilməlidir.

4. Etibarlı yataq

Son.az e-tibb.az-a istinadən bildirir ki, uşaq yatan zaman yatağın içində nə varsa, hamısını kənara qoyun. Ədyal, oyuncaq, hətta yatağın ətrafındakı qoruyucular belə körpənin boğulmasına səbəb ola bilər. Üstünü örtmək üçün bir örtük kifayət edir. Hesab etsəniz ki, uşağa soyuq dəyər, onda isti tulum geyindirin.

5. Reflüks

Bəzi körpələrin yata bilməməsinin səbəblərindən biri də reflüksdür (mədənin ifraz etdiyi turşunun qida borusuna daxil olması). Bu, uşağı narahat edir. Qusma, dayanmadan ağlama, əmmə problemi, ya da əmərkən tıxanma reflüksün əlamətləridir. Bu əlamətləri hiss etsəniz, mütləq həkiminizlə məsləhətləşin.

6. Toxunuş

Körpəni yatağına yavaş hərəkətlərlə qoyun və əllərinizlə qarnına, qollarına və başına yumşaq formada toxunun. Bu toxunuşlar ona yaxınında olduğunuzu hiss etdirəcək, rahat formada yuxuya keçməsinə səbəb olacaq.

7. Yuxu saatı