Gənc tamaşaçı: Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir


Digərləri 16 Fev 2019 20:47:00 215 0

Gənc tamaşaçı: Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir

Milli Gimnastika Arenasında yarışların açılış mərasimləri həmişə parlaq keçir.

Son.az bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun gənc tamaşaçısı Safura Məmmədli deyib.

S.Məmmədli bildirib: "Yarışlara baxmaq mənim çox xoşuma gəlir. Milli Gimnastika Arenasında həmişə parlaq açılış mərasimləri olur, eləcədə fleşmoblar və müsabiqələr keçirilir. Mən bir neçə dəfə müsabiqələrdə iştirak edib sualları düzgün cavablandıraraq hədiyyələr qazanmışam".

Gənc tamaşaçı qeyd edib ki, əvvəl o batut gimnastikası ilə məşğul olub, indi isə bədii gimnastika ilə məşğul olur: "Bu gün Milli Gimnastika Arenasına öz məşqçimə azarkeşlik etmək üçün gəmişəm. Bütün Azərbaycan gimnastlarına həmişə qalib gəlmələrini və hər dəfə daha yaxşı çıxış etmələrini arzu edirəm".

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.