Bu maddə yaddaşınızı və qaraciyərinizi


Digərləri 16 Fev 2019 20:22:00 237 0

Bu maddə yaddaşınızı və qaraciyərinizi

Lesitin maddəsı orqanizmin inşaat materialı da hesab edilə bilər. Onun çatışmazlığı bir çox fəsadlara yol açır. Buna görə də sağlam və gümrah qalmağınız üçün lesitin maddəsindən istifadə etmək lazımdır.

Son.az medicina.az-a istinadən bu möcüzəvi maddənin faydalarını açıqlayır:  

1. Lesitin hüceyrə divarının struktur elementi hesab olunur.   Alimlər bildirirlər ki, bir çox xəstəliklərin yaranma səbəbi məhz hüceyrə divarının zədələnməsidir ki, bu isə lipidlərin oksidləşməsi nəticəsində baş verir. Bu prosesi avtomobilin benzin bakının divarının eroziyası nəticəsində deşilməsi kimi təsəvvür etmək olar. Lesitin bölünən və böyüyən hüceyrələrin membranlarının tərkibi olan lipidləri oksidləşmədən qoruyur.

2. Qaraciyərin 65 %-i lesitindən ibarətdir. Lesitin qaraciyərin viruslardan zədələnmiş hissələrini effektiv şəkildə bərpa edir. Bu maddə alkoqol səbəbindən meydana gələn sirrozun qarşısını alır. Bundan əlavə lesitin konservantların, ətirləndiricilərin və bir sıra kimyəvi maddələrin o cümlədən də dərmanların qaraciyərə vurduğu mənfi təsirlərdən qoruyur.

3. Lesitin sayəsində öd kisəsində və qaraciyər axarlarında daşlar formalaşmır.