Bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşıqarşıya qoymaq doğru deyil


Dünya 16 Fev 2019 20:19:00 285 0

Bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşıqarşıya qoymaq doğru deyil

Çeçenlər və azərbaycanlılar əsrlər boyu dostluq edir və bir-birlərini dəstəkləyirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Orenburq vilayətinin Akbulak rayonundakı "Kirova" MMC kənd təsərrüfatı müəssisələrinin rəhbəri Sayd-Husen Maqomadov söyləyib.

O qeyd edib ki, Orenburqda çeçen və Azərbaycan diasporları birgə tədbirlər həyata keçirir, milli bayramları birlikdə qeyd edirlər. S.Maqomadov deyib: "Bizi ortaq tarix, dini, mədəni və qohumluq əlaqələri birləşdirir. Orenburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bizi bütün tədbirlərə dəvət edir. Biz daim bir-birimizi dəstəkləyir, bir masa arxasında toplaşır və çörəyimizi paylaşırıq".