Uşaqlara nə zamandan su vermək olar?


Digərləri 16 Fev 2019 19:55:00 208 0

Uşaqlara nə zamandan su vermək olar?

Yeni doğulanların suya ehtiyacı sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir.

Körpələr nə qədər su içməlidir? Onlara nə zaman su verməyə başlamaq lazımdır?

Bu, analar üçün ən çox maraq doğuran məsələdir. E-tibb.az Türkiyə mediasına istinadən bununla bağlı mütəxəssis rəyini təqdim edir.

Yeni doğulanlara su verməyə ehtiyac yoxdur?

Yeni doğulanların bütün su ehtiyacları ana südü ilə təmin olunur.

Çünki ana südünün 87 faizi sudan ibarətdir. Bu isə uşağın su ilə bağlı bütün ehtiyaclarını qarşılayır.

Bəs ana körpəsinə süd verə bilmirsə ?

Əgər ana övladına süd verə bilmirsə, başqa qidalardan istifadə olunursa belə 6 aya qədər suya ehtiyac yaranmır. Normal miqdarda su ilə hazırlanan qidalar da su, yəni maye ehtiyacını ödəyir.

Suya ehtiyac nə zaman yaranır?

Son.az e-tibb.az-a istinadən bildirir ki, körpələrə 6 ayından başlayaraq digər qidalara da verilir deyə bu dövrdə onlara su verilməsinə başlanmalıdır. Amma bu zaman da su uşağın qidalanması üçün əsas rol oynamamalıdır. Yenə də əsas qida mənbəyi ana südü, o olmadıqda ana südünü əvəz edən qida olmalıdır. Bu dövrdə verilən su ekstra olmalı, su onların yerini almamalıdır.

Su hansı problemlər yarada bilər?

6 aydan kiçik uşaqlara su verilərsə bu, onların mədəsini doldurub, toxluq hissi yarada, vacib olan qidanı qəbul etməsinə çətinlik törədər. Hətta yayın ən isti dövründə olsa belə bunu etmək olmaz.  

Bəs 6 aydan sonra uşaqlara nə qədər su verilməlidir?