İlk gündən uşağa süni qida verməyin!


Digərləri 16 Fev 2019 19:45:00 211 0

İlk gündən uşağa süni qida verməyin!

- İlk uşağınızdı?

- Bəli, doktor.

- Hamiləlik necə keçib?

- Yaxşı, normal.

- Vaxtında doğulub. Problemsiz. İlk gündən döşə qoyulub?

- Yo, xəstəxanada iki gün "smes" verdilər...

Hər gün analarla bu cür söhbətimiz olur. Hələ ki, tibbi tarixçəsində "Doğulan gündən ana südü əmib" cümləsini nə vaxt yazdığımı xatırlamıram.

Son.az e-tibb.az-a istinadən bildirir ki, neanotoloqlar, yəni bu cür edən neanotoloqlar, belə etməyin! İlk günündən uşaqlara süni qarışıq verməyin. Fəsadını sonrakı aylarda biz pediatrlar görürük, bəzən heç ana da bilmir. Körpələrin yalnız ana südünə hazır olan həzm sistemlərini süni qarışıqla korlamayaq. Bu uşağın allergik diatezi, atipik dermatit olub-olmayacağını bilmədən süni qida vermək olmaz. Verirsinizsə, ya verməyə məcbursunuzsa, hipoallergen formasını verin. Belə olsa, aləm bir-birinə dəyməz o qədər də. "Doğuş edən ananın ilk gün südü olmur" deyəcəksiniz, amma maloziva yetər, bunu siz də bilirsiniz. "Uşaq ac qalacaq, hipoqlikemiya olacaq" deyirsinizsə, ehtiyat enerji mənbəyi olan boz toxuması olduğunu və yenidoğulmuşa üç gün əvvəl doğum edən bir ananın südünü verməyin də mümkün olduğunu bilirik.

Bu müraciətim analara deyil! Çünki onların əksəriyyəti bu işlərdən bixəbər olur, yenidoğulmuşun sevincini yaşayır, "Həkimlər doğru olanı edər" deyib düşünür. Bəzən təcrübəli analar uşağı tələb edir, özü əmizdirir. Təcrübəsizlər isə "Elə xəstəxanada verdilər, evdə də südün az olsa, bundan ver dedilər" deyə özünə bəraət qazandırmağa çalışır. Məncə, yeni doğan qadına "Südün az olsa..." ifadəsi belə, deyilməli deyil.