"Qatil" uşaq avtomobil oturacağı hələ də satılır


Digərləri 16 Fev 2019 19:32:00 219 0

"Qatil" uşaq avtomobil oturacağı hələ də satılır

Britaniyada satışı qadağan edilmiş uşaq avtomobil oturacağı hələ də bəzi internet saytlarına yol tapır, nüfuzlu istehlakçı qrupu bildirir.

Sintetik parçadan hazırlanan bu növ oturacaqlar Britaniyada təqribən 8 funt sterlinqə (17.5 AZN) satılır.

İri online ticarət platformaları ( Amazon, eBay və AliExpress) həmin oturacaqların saytdan yığışdırıldığını bəyan ediblər.

Qəza sınağı

İstehlakçı haqlarının müdafiəsi üzrə Which? qrupuna əsasən uşaq kürsüləri qəza vaxtı demək olar ki, sərnişini qorumur.

2014-cü ildə keçirilmiş kraş-test sınaqları zamanı saatda 50 km sürəti ilə hərəkət edən maşındakı oturacaq qəza vaxtı pərəm-pərəm olub.