Qadınların formada


Digərləri 16 Fev 2019 19:35:00 246 0

Qadınların formada

İncə və qamətli qadınların formada qalmaq sirləri çoxu üçün maraqlıdır.Beləliklə, bununla bağlı məqaləni təqdim edirik.

Son.az gencaile.az-a istinadən bildirir ki, siz bu aksioma və praktikalarla razılaşmaya bilərsiniz. Bu səbəbdən mükəmməl bədən sizdən uzaqdır. Odur ki, illüziyaların buludlarından yerə enin və qanunlara əməl etməyə başlayın.

1) Bədənin sadəcə müəyyən hissələrini arıqlatmaq mümkün deyil. Nə qədər nizamlı məşq etsəniz də, sadəcə qarın piylərini əridə bilmərsiniz. Ombalar da həmçinin.

2) Gündəlik qida dəyəri 1200 kaloridən azdırsa, istənilən pəhrizdən sonra itirdiyiniz çəki geri qayıdacaq.

3) Arıqlama mərhələsində meyvədən çox ət yemək daha faydalıdır.

4) Arıqlamağın ən təsirli yollarından biri üzgüçülükdür!

5) Artıq çəkilərdən mümkün qədər tez xilas olmağın ən əhəmiyyətli sirri - əzələ kütləsinin olmasıdır.

6) İki ən faydalı yağ yandırma məşqi squat + ağırlıq qaldırmadır.

7) Pəhriz şərtlərində kişi əzələləri yığmaq mümkün deyil. Bunun üçün mütləq artıq kalori lazımdır. Bu isə pəhriz qanunlarına ziddir.