Londonun gizli, funtlu milyarder gildiyaları


Digərləri 16 Fev 2019 19:28:00 272 0

Londonun gizli, funtlu milyarder gildiyaları

Londonun ticarət gildiyalarının minillik tarixi və milyardlarla funt sterlinq pulu var.

Amma görəsən, onlar fəaliyyətlərinin əsas qaydalarından biri olan - "pulu cəmiyyətə xərcləmək" prinsipini unutmayıblar ki?

Təsəvvürəgəlməz dərəcədə sərvətə malik olan həmin şirkətlər hələ qədim zamanlardan Londonun mərkəzində, maliyyə təsisatlarının yerləşdiyi rayonda özlərinə yuva qurub.

Lobbiçilik, idarəçilik və həmkarlar ittifaqı yaratmaqla məşğul olan bu təşkilatlar hazırda tamamilə fərqli məqsədlərə köklənib - elmi təqaüdlər, xeyriyyə və təhsilə.

Onlar şəhərin işgüzar mərkəzində həmişə aparıcı yer tutmuş qədim sənətləri təmsil edir və həmin şirkətlərin adı elə qədim vaxtlardan məşurlaşıb.

Bu sırada, misal üçün, 975-ci ildə qurulmuş Butchers və ya Fishmongers şirkətlərinin adını çəkmək olar.

Digərlərinin adı artıq tarixdə qalmış sənət növlərilə əlaqəli ola bilər, misal üçün, parçaçılıq və böyük ölçülü yay hazırlamaqda ixtisaslaşan Mercers və Bowyers şirkətləri kimi.

Bütün bu şirkətlər öz məhsulları üçün standartlar müəyyən edir və çox vaxt həmin məhsulların ticarətinə eksklüziv hüquqlar əldə edərək siyasi məsələlərə də təsir vasitəsi əldə edirlər.

Richard (Dick) Whittington topladığı sərvətini Mercers şirkətinə şəhərin ehtiyaclarına xərcləmək üçün vəsiyyət edib.

Onların işinin digər tərəfi firavanlıq və xeyriyyəçiliklə bağlı olub: vəfat edən üzvlərin dəfn edilməsi, xəstəxanaların, yoxsullar üçün evlərin tikilməsi.

Bu gün, həmin şirkətlərin milyardlarla funt aktivləri var - həmin aktivlər əsrlər boyu edilmiş ianələr hesabına toplanıb.

Ola bilsin ki, tarixi gildiya üzvlərindən ən məşhuru Richard (Dick) Whittington-dur: o, topladığı sərvətini Mercers şirkətinə, şəhərin ehtiyaclarına xərcləmək üçün vəsiyyət edib.

Artıq 1884-cü ildə Kral Komissiyasının araşdırmasından sonra o dövrün aparıcı şirkətlərinə cəmiyyətin ehtiyaclarına daha çox pul xərcləmək göstərişi verilmişdi, əks-halda şirkət öz varlığını risk altına qoya bilərdi.

Lakin onlar bunu etdimi? Və indinin özündə edirlərmi?

Vintners şirkətindən David Ferris hesab edir ki, bu sahədə şirkətlərin gördüyü iş qənaətbəxş deyil.

"Centlmenlər klubu"

"Qədim şirkətlərin qədim ənənələri var, lakin onlar cəmiyyətə xeyir verməkdən ibarət olan fəaliyyətlərinin başlıca məqsədini unudublar, - o deyir. - Onlar 1700-ci illərdən bəri, əsasən, centlmen klublarına çevrilib və olduqca zəngindirlər".

Şirkətlər xeyriyyəçilik məqsədilə öz binalarında ictimai tədbirlərin keçirilməsini təşkil edirlər

Bu cür şirkətlərin çoxu birjalara, böyük holdinqlərə yatırım edir. Ən varlı şirkətlər arasında Londonun Covent Garden rayonunda çoxmərtəbəli binalara sahiblik edən Mercers şirkəti də var.

İctimai hesabat olmadan

Mercers və Goldsmiths, sıraca, Londonun 55-ci və 73-cü ən iri əmlak şirkətləridr.

Lakin bu şirkətlər ictimaiyyət qarşısında hesabat vermir, bir sıra digər qədim şirkətlər də bunu etmir.