Hansı bitki çayı nəyə xeyirdir?


Digərləri 16 Fev 2019 19:11:00 324 0

Hansı bitki çayı nəyə xeyirdir?

Bitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər kəs bitki çayları qəbul edərək ondan faydalanmağa çalışır. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı birkilərdən dəmlənilmiş sayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi problemlərin aradan qalxmasına yardım edir.

Son.az Azərtac-a istinadən həkim və mütəxəssislərin rəyinə əsasən bitki çaylarının hər birinin müalicəvi xüsusiyyətləri barədə məlumatları oxucularına təqdim edir.

Alma çayı nəfəs darlığını aradan qaldırır, ürək problemlərində faydalı təsir göstərir.

Razyana çayı mədə və bağırsaq xəstəlikləri zamanı xeyirlidir.

Gicitkən çayı maddələr mübadiləsini sürətləndirir, böyrək xəstəlikləri zamanı müsbət təsirə malikdir.

Cökə çayı soyuqdəymə zamanı qəbul ediləndə xəstəliyin tez aradan qalxmasına yardım edir, öskürəyi azaldır.

Mixək çayı həzm prosesinə müsbət təsir edir, diş ağrılarını yüngülləşdirir.

Adaçayı təbii antibiotik funksiyasını yerinə yetirir, boğaz ağrıları zamanı çox faydalıdır. Qadınlarda hormonal pozğunluqların aradan qalxmasına yaxşı təsir göstərir.