Haymorit niyə təhlükəlidir?


Digərləri 16 Fev 2019 19:20:00 357 0

Haymorit niyə təhlükəlidir?

İnsanda paranazal, yəni burunətrafı (haymor boşluğu, alın, əsas və xəlbir cibləri) ciblər var. Bu ciblərin iltihabı sinusit adlanır. Məsələn, zökəm olarkən xəlbirəbənzər cibdə və haymor boşluğunda iltihab yaranır. Çox insan ən azı zökəm olduğu zaman sinusitdən (haymorit) əziyyət çəkib.

Haymorit iybilmə və burun tənəffüsünün pozulması, burundan mayenin axması, üz və gözlərin ətrafında küt ağrıların olması, diskomfort hissinin yaranması ilə özünü büruzə verir. Haymorit həyati təhlükəli ağırlaşmalara da səbəb ola bilir. Belə ki, bu iltihabi proses göz daxilinə nüfuz edərsə, görmə zəifləyə, habelə ikili görmə halları yarana bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, hətta iltihab lap daxilə keçərsə, görmənin zəifləməyindən başqa, insan kor ola bilər. Yox, əgər beyin istiqamətində inkişaf edərsə, bu müvafiq olaraq meningitlərə, beyin daxili abseslərə gətirib çıxara bilər. İltihab qan vasitəsilə bütün bədənə yayıldığı halda isə, sepsis yaranır.

Digər tərəfdən, haymoritin yaratdığı əsas fəsadlardan biri də burun tənəffüsünün pozulmasıdır. Bunun nəticəsində boğaz, qırtlaq və ürək-damar sisteminə yük düşür, bu isə ağırlaşmalara səbəb olur. Biz belə hallarla çox rastlaşırıq.

El arasında "Elə bil beynimdən irin çəkirlər" ifadəsini də eşidirik. Bunu xüsusi vurğulayım ki, normalda burundan axan mayenin beyinlə heç bir əlaqəsi yoxdur.