Bu öskürək dərmanı satışdan çıxarılır –


Digərləri 16 Fev 2019 19:06:00 207 0

Bu öskürək dərmanı satışdan çıxarılır –

Rusiyada Erespal adlı öskürək preparatı geri çağrılır və satışdan çıxarılır. Preparatın insan sağlamlığı üçün zərərli ola biləcəyi barədə şübhələr var.

Son.az medicina.az-a istinadən bildirir ki, Roszdravnadzor rəsmi olaraq Rusiya vətəndaşlarına bronxit əleyhinə fransız istehsalı olan Erespalın istifadəsi barədə xəbərdarlıq edib.

Dərmanın tərkibində olan fenspirid ürəyə mənfi təsir edir. Tibb işçilərinə də Erespalın təyinini saxlamaq tələb olunur. Eləcə də bu vaxta kimi əllərdə olan xəstələrə təyin olunan və aldıqları Erespalın aşkarlanıb, geri çağrılması və xəstələrə xəbərdarlıq barədə tədbirlər görülür.