Mədə yanğısı: narahatlıq, yoxsa


Digərləri 16 Fev 2019 19:08:00 217 0

Mədə yanğısı: narahatlıq, yoxsa

Bir sutka ərzində bir neçə dəfə müşahidə edilən mədə yanğısı ciddi patologiyadan xəbər verir. Bu hal mədə şirəsinin həzm sisteminin neytral və qələvi mühitə malik hissəsinə düşməsi səbəbindən yaranır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu əlamət qida qəbulundan sonra, əsasən də gecə insan üfüqi vəziyyətdə uzandığı zaman meydana çıxır. Sağlam insanlarda mədənin girişində yerləşən dairəvi əzələlər möhkəm olduğu üçün onlarda bu cür hal yaşanmır. Nəticədə də döş nahiyəsində yanğı, ağrı, ağız boşluğunda pis dad meydana çıxır. Ağrının səbəbi qida borusunun epitel hüceyrələrinin yandırıcı mədə şirəsinin təsirinə məruz qalmasıdır. Qida borusunda qoruyucu selik əmələ gətirən vəzilər yoxdur. Yanğı hissi xəstənin narahatlığına səbəb olaraq həyat keyfiyyətini aşağı salır. Bundan əlavə yanğı hissi həzm sistemində olan bir çox patologiyaların də xəbərçisi ola bilər.