Əli avtomatlı şoumen şəhərin ortasında qız qaçırdı


Dünya 16 Fev 2019 18:54:00 237 0

Əli avtomatlı şoumen şəhərin ortasında qız qaçırdı

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində məşhur şoumen Stanislav Baretski qız qaçırıb.

Son.az virtualaz.org-a istinadən yazır ki, populyar "Leninqrad" qrupunun keçmiş üzvü "Audi Q5" avtomobili ilə onun yolunu kəsmiş qadın sürücünün hərəkətlərindən narazı qalıb. Qadın maşınının şüşəsindən əli ilə ona nalayiq işarələr göstərdikdən sonra şoumenin səbri lap tükənib.

Baretskinin sözlərinə görə, bundan sonra o və dostları qızı maşınından düşürüblər, öz avtomobillərinə oturdub "Kalaşnikov" avtomatı ilə qorxudublar və müəyyən müddət şəhərin küçələrini "gəzdiriblər".