ABŞla Hindistan Pakistana qarşı birləşdi


Dünya 16 Fev 2019 18:57:00 260 0

ABŞla Hindistan Pakistana qarşı birləşdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun hindistanlı həmkarı Adcit Doval arasında telefon danışığı baş tutub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Pakistan ərazisində terrorçuların gizlənməsi praktikasına qarşı birgə mübarizə barədə razılaşıblar. Telefon danışığının təşəbbüskarı Amerika tərəfi olub.

Tərəflər həmçinin Pakistanın BMT qətnamələrinin icrası üçün məsuliyyət daşıdığı barədə müzakirə aparıblar. Bolton Davola Hindistanın özünümüdafiə haqqını ABŞ-ın tanıdığını bildirib.