Azərbaycanla Xorvatiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib


Digərləri 16 Fev 2019 18:50:45 183 0

Azərbaycanla Xorvatiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin müavini, xarici işlər naziri ilə görüşüb

Bakı. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər. Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin