Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb...


Digərləri 16 Fev 2019 18:49:00 258 0

Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb...

Bakının mərkəzində sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

Son.az bildirir ki, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20/1 ünvanda yaşayan sakinlər virtualaz.org-a müraciətində xüsusilə səhər və axşam saatlarında qorxudan küçəyə çıxa bilmədiklərindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, yaxınlıqda uşaq bağçası yerləşir, bu səbəbdən sürü ilə gəzən itlər hər an fəlakətə səbəb ola bilər. "Ərazidə böyük zibilxana var, zibil qutuları azdır, tullantılar ətrafa yayılır. Bu isə məhəlləyə itlərin toplanmasına səbəb olur. Bir yandan sahibsiz itlər, digər yandan natəmizlikdən çarəsiz durumdayıq", - sakinlər deyiblər.

Qeyd edək ki, sahibsiz itlər yalnız paytaxtın mərkəzində deyil, Bakıətrafı kənd və qəsəbələrdə də problemə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi fəaliyyyətini dayandırdığından hazırda itləri qəbul edən yoxdur.