Amerikalı gimnast: Bakıda Milli Gimnastika Arenası mənim ən çox sevdiyim arenalardan biridir


Digərləri 16 Fev 2019 18:41:57 293 0

Amerikalı gimnast: Bakıda Milli Gimnastika Arenası mənim ən çox sevdiyim arenalardan biridir

Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir. Bunu Trend-ə amerikalı gimnast Aleksey Şostak deyib. Amerikalı idmançı bildirib: Dördüncü dəfədir sizin şəhərə gəlirəm. Bakıda Milli Gimnastika arenası mənim ən çox sevdiyim arenalardan biridir. Qeyd edim ki, şəhərinizin memarlığını, buradakı tarixi binaları da çox bəyənirəm, hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Buranın sakinləri isə çox mehriban və qonaqpərvədirlər". Bakıda keçirlən Dünya Kubokundakı çıxışı barədə danışarkən isə A.Şostak deyib ki, daha yaxşı çıxış edə bilərdi. Növbəti dəfə daha yüksək nəticələr göstərməyə çalışacaq. Gimnast əlavə edib ki, çıxışına, nəticələrə uzun uçuş və saat fərqi də təsir edib. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.