Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"


Digərləri 16 Fev 2019 18:30:00 260 0

Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib.

Deputatın sözlərinə görə, bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır.

Son.az Trend-ə istinadən bildirir ki, D.Savelyev jurnalistlərlə söhbətində deyib: "Rusiya, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən ilə möhkəmlənir".

Deputat xatırladıb ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord il olub:

"Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir".