Castinin arvadı: “Gənc evlənmək qorxuludur”


Digərləri 16 Fev 2019 18:01:00 227 0

Castinin arvadı: “Gənc evlənmək qorxuludur”

Pop ulduz Castin Biberlə ötən il evlənən model Heyli Bolduin evliliyi və həyat yoldaşından danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı model "Gənc evlənmək çox qorxuducudur. İllərdir aşiq olduğum insanla birlikdəyəm. Ən gözəl tərəfi də budur. Castin ən yaxşı dostumdur. İndi sonsuzadək birlikdə bir həyat qururuq" deyə, bildirir.

Sonsuzluq sözünü evləndikdən sonra başa düşdüyünü deyən Heyli "Əvvəllər ciddi bir münasibətim olmamışdı. Həmişə azad qadın idim. Buna görə də, evlilik mənə maraqlı və fərqli gəlir. Məsuliyyətlərimiz artır" deyə, söyləyir.


Xəbərə aid fotolar