Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”


Digərləri 16 Fev 2019 17:44:00 244 0

Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”

Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun  həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nigahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur.  Qeyd edək ki, Anar Süleymanovun  həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və  həbs edilən çempionun  tələbəsi  olub.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.