Meksika səfiri: Azərbaycan idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir (FOTO)


Digərləri 16 Fev 2019 17:47:47 164 0

Meksika səfiri: Azərbaycan idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir (FOTO)

Azərbaycan idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir

Bakı. Sara İsrafilbəyova, Cani Babayeva - Azərbaycan idman tədbirlərinin təşkilində böyük təcrübəyə malikdir. Bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib. Səfir qeyd edib ki, Azərbaycanda 2015-ci il Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları kimi vacib idman tədbirləri təşkil olunub: “Bu gün Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilir. Bu yarışda Meksika komandası da iştirak edir. Onlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün əllərindən gələni edəcək”. Səfirin sözlərinə görə, Azərbaycanla Meksika təkcə siyasi, iqtisadi və mədəni sahələrdə deyil, həm də idman sahəsində əlaqələri inkişaf etdirmək niyyətindədir: “Biz Azərbaycanla idman sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Burada gimnastika, güləş, taekvondo kimi idman növləri inkişaf edib və münasibətlərin genişlənməsi üçün imkanlar var”. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.