Amazoniyada yeni balıq növü aşkarlandı


Digərləri 16 Fev 2019 17:29:00 234 0

Amazoniyada yeni balıq növü aşkarlandı

Dəniz bioloqları Amazoniyada naqqa balığının yeni növünü aşkar ediblər.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "Moya Planeta" məlumat yayıb.

Bildirilir ki, yeni aşkarlanmış balıqlar "Ancistrus patronus" adlandırılıb. Tədqiqatın müəllifi bildirib ki, aşkarlanan yeni su heyvanları balıqlar arasında əsl "döyüşçülər"dir. "Onların başındakı buynuzlar yalnız praktik funksiyanı yerinə yetirmir, o, həm də dekorativdir: - onlar dişilərə öz nəsillərini qorumaq gücünü göstərir", - deyə o bildirib.

Bildirilir ki, balıqların başı buynuzlarla örtülüb, bədəni yüngül zireh müdafiə edir və üzgəclər caynaqlara oxşayır.