Ən böyük hərbi büdcəyə malik ölkələr


Dünya 16 Fev 2019 16:54:00 215 0

Ən böyük hərbi büdcəyə malik ölkələr

2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.

Son.az Report-a istinadən xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.

Sonrakı yerlərdə Rusiya (63,1milyard dollar), Hindistan (57,9milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.