Çexiyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb (FOTO)


Digərləri 16 Fev 2019 16:29:38 158 0

Çexiyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb (FOTO)

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində çexiyalı idmançılarla görüşüb.

Bakı. Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində çexiyalı idmançılarla görüşüb. Trend fotoları təqdim edir. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır. Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.