Köhnə nəzarətkassa aparatları yeniləri ilə əvəzlənəcək


Digərləri 16 Fev 2019 15:39:00 196 0

Köhnə nəzarətkassa aparatları yeniləri ilə əvəzlənəcək

Bakıda 2019-cu il iyulun 1-dək yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələnin başa çatdırılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ndə qeyd olunur.

Bu aparatların iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılması nəzərdə tutulur.

Nəzarət-kassa aparatları Gəncə və Sumqayıtdakı şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində iyulun 1-dək, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək quraşdırılmalıdır.

İkinci mərhələnin reallaşması isə birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam edəcək. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunacaq.