Braziliya səfiri: Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku vacib təşəbbüsdür


Digərləri 16 Fev 2019 15:30:00 182 0

Braziliya səfiri: Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku vacib təşəbbüsdür

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku vacib təşəbbüsdür

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku vacib təşəbbüsdür. Trend-in məlumatına görə, bunu jurnalistlərə Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Krus deyib. O tədbirin çox yaxşı təşkil olunduğunu deyib: “Braziliyadan burada kiçik, amma yüksək səviyyəli komanda çıxış edir. Bizim iki medalçı gimnastımız var, biz onlara böyük ümidlər bəsləyirik”. Səfir qeyd edib ki, o, Azərbaycanla Braziliya arasında idman münasibətlərinin inkişafı məqsədilə əlindən gələni etməyə hazırdır. Səfirin sözlərinə görə, Azərbaycanda həmişə tədbirlər yüksək səviyyədə keçirilir: “Mən sizin bu il keçirəcəyiniz digər turnirləri də səbirsizliklə gözləyirəm. İdman beynəlxalq qardaşlıq və anlaşma dilidir və biz xalqlarımızı birləşdirmək üçün bunu təşviq etməliyik. Mən ümid edirəm ki, bu işə töhfəmi verə biləcəyəm. Sizin Braziliyada yaxşı səfiriniz var, o da yaxşı iş görür. Fikrimcə, birlikdə biz yaxşı işlər görəcəyik”. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.