25 yaşlı qadın 7 uşaq doğdu:


Dünya 16 Fev 2019 14:44:00 242 0

25 yaşlı qadın 7 uşaq doğdu:

25 yaşlı qadın eyni anda 7 uşaq doğub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 25 yaşlı qadın normal doğum üsulu ilə 7 uşaq dünyaya gətirib. Onlardan 6-sı qız, 1-i isə oğlandır.

Həkimlərin dediyinə görə uşaqların hamısının vəziyyəti normaldır.

Hadisə İraqın Diyalə vilayətində baş verib. Doğum evinin sözcüsü Firas Al Izzavi açıqlamasında bildirib ki, normal doğum zamanı heç bir problem yaşanmayıb, uşaqlar tamamilə sağlamdır.


Xəbərə aid fotolar