Azərbaycanın ən varlı rayonu hansıdır?


Digərləri 16 Fev 2019 14:04:00 201 0

Azərbaycanın ən varlı rayonu hansıdır?

Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur, başqa sözlə, bütün varlılar paytaxta toplanıb. Halbuki, ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir.

Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var?!

Göründüyü kimi, rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxt ilə ölkənin on iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu birincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var, başqa sözlə, adambaşına 339 manatdan bir az çox əmanətə sahibdirlər.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər 162 milyon 151 min (adambaşına 127 manat), Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfər isə 112 milyon 778 min manat (adambaşına 56 manat) bank əmanətinə sahibdir.