“Hər şey superdir...” Arvadını döydüyü üçün həbs olunan idmançı


Digərləri 16 Fev 2019 13:39:00 202 0

“Hər şey superdir...”  Arvadını döydüyü üçün həbs olunan idmançı

Arvadını döydüyü üçün həbs edilən kikboks üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. A.Süleymanov həbsdə qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib.

Görüntülərdən aydın olur ki, məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunan A.Süleymanova xüsusi nəzarət olunmur. O, dostları ilə danışıb video-müraciət etdikdən sonra sərbəst formada polis maşınına doğru gedir.