Azərbaycan gimnastı Dünya Kubokunun finalına çıxdı


Digərləri 16 Fev 2019 12:23:28 213 0

Azərbaycan gimnastı Dünya Kubokunun finalına çıxdı

Azərbaycan gimnastı Mixail Malkin tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə çıxıb

Bakı. Cani Babayeva - Azərbaycan gimnastı Mixail Malkin tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə çıxıb. Trend-in məlumatına görə, finala həmçinin Rusiya, Qazaxıstan və Ukrayna idmançıları da çıxıb. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır. Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.