Çində kağız fabrikində zəhərlənmə:


Dünya 16 Fev 2019 12:19:00 224 0

Çində kağız fabrikində zəhərlənmə:

Çində fabrikdə baş verən zəhərlənmə səbəbindən 7 nəfər dünyasını dəyişib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, hadisə Çinin Dunquan şəhərində yerləşən "Shuangzhou Paper Ltd" şirkətinə məxsus kağız fabrikində baş verib.

Ölənlərin qazdan zəhərləndiyi deyilir. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan iki nəfərin isə vəziyyəti normaldır.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər digər işçiləri xilas edə biliblər.