Olimpiya çempionu: Milli Gimnastika Arenası çox gözəldir


Digərləri 16 Fev 2019 12:02:00 184 0

Olimpiya çempionu: Milli Gimnastika Arenası çox gözəldir

Milli Gimnastika Arenası, həmçinin Bakı şəhəri çox gözəldir

Bakı. Sara İsrafilbəyova - Milli Gimnastika Arenası, həmçinin Bakı şəhəri çox gözəldir. Bunu Trend-ə Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kubokunda iştirak edən Çin gimnastı və Olimpiya çempionu Dun Dun deyib. Gimnast bildirib ki, onun da digər iştirakçılar kimi qələbə şansı yüksəkdir. Olimpiya çempionu son illərdə Azərbaycanda keçirilən dunya çempionatları və kuboklarından danışarkən qeyd edib ki, bu,onun Bakıya ilk gəlişidir. Onun sözlərinə görə, Dünya Kubokuna qatılan Fransa, Yaponiya, Rusiya və Belarus yığmaları güclülər sırasındadır. Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.