Deputat: "Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir"


Digərləri 16 Fev 2019 11:39:00 407 0

Deputat: "Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir"

"Müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri qəbuledilməzdir."

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban qonşu olublar: "Bizi tarixən mehriban qonşuluq əlaqələri birləşdirir, bizim dini bağlılığımız var, eyni zamanda, mədəniyyətlərimiz oxşardır. Biz əsrlərlə çiyin-çiyinə yaşamış, dostluq əlaqələrinə malik olmuşuq. Bu, indi də belədir".