Şamaxı ağ örpəyə büründü


Digərləri 16 Fev 2019 11:14:00 462 0

Şamaxı ağ örpəyə büründü

Şamaxıya qar yağıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib.

Şəhərlə yanaşı rayonun dağlıq  kəndləri də ağ örpəyə bürünüb.

Ən çox qar Dəmirçi, Qızmeydan, Pirbəhli, Sis və Qaladərəsi kəndlərinə yağıb. Burada qarın hündürlüyü 15 sm-ə çatıb .


Xəbərə aid fotolar