İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb (FOTO)


Digərləri 16 Fev 2019 11:15:00 424 0

İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb (FOTO)

İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan olunası və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər. Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, 1 ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı 1 cüt qızıl sırğanı, barmağındakı 1 ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı 1 ədəd qızıl qolbağını, boynundakı 1 ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər.