Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı


Digərləri 16 Fev 2019 10:44:00 430 0

Bakıda ərdə olan bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı

Bakının Xətai rayonunda bacısını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Niyaməddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.