Anadan yaş yarımlıq qızına qarşı ağılasığmaz hərəkət


Dünya 16 Fev 2019 10:14:00 241 0

Anadan yaş yarımlıq qızına qarşı ağılasığmaz hərəkət

Türkiyədə yaşayan 29 yaşlı qadın ağılasığmaz hərəkəti ilə ölkə gündəmini zəbt edib.

Son.az CNN Türk-ə istinadla xəbər verir ki, İstanbulun Avcılar səmtində yaşayan 29 yaşlı Elif K. polis idarəsinə gedərək qızını öldürmək istədiyini söyləyib.

İstanbulda yaşayan Elif.K yaşyarımlıq qızı Eylül Mirayın bədəninə iynə ilə yuyucu toz və maye sabun yeridib. Həkimlərin şübhəsi ilə son 6 ay ərzində 2 dəfə saxlanılan qadın ötən gün polis bölməsinə gedərək səhvini boynuna alıb. 29 yaşlı qadın ifadəsində: "Qızıma isinə bilmədim, ölməyini istədim", - söyləyib.

Qadın bildirib ki, Eylülün doğumundan sonra tənəffüs yollarında yaranan problemə görə bir ay xəstəxanada müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra yeni doğulan körpəsindən intiqam almaq qərarına gəlib.


Xəbərə aid foto