“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Gürcüstanda tutuldu


Kriminal 16 Fev 2019 09:54:00 350 0

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Gürcüstanda tutuldu

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Son.az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.