Türkiyədə həbsxanada yanğın baş verib


Dünya 16 Fev 2019 08:50:00 170 0

Türkiyədə həbsxanada yanğın baş verib

İstanbulun "Metris" qapalı tipli cəzaçəkmə müəssisəsində yanğın qeydı alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 məhkum və 1 həbsxana məmuru dumandan zəhərlənib

Hadisə yerinə çoxlu sayda təcili yardm briqadaları, yanğınsöndürənlər və polislər cəlb edilib. Ərazi nəzarətə götürülüb, xəsarət alanlar artıq xəstəxanaya yerləşdirilib.