Musk Mars planetinə uçuş biletinin qiymətini elan etdi


Digərləri 16 Fev 2019 08:51:00 217 0

Musk Mars planetinə uçuş biletinin qiymətini elan etdi

SpaceX şirkətinin CEO-su Elon Musk əmindir ki, Mars planetinə uçuş biletini hər bir insan ala biləcək. Bunun üçün sadəcə olaraq Yer kürəsində yaşayan hansısa bir şəxs öz evini satmalı və Mars planetinə uçuş biletini almalıdır. Həmçinin Mars planetinə uçacaq ilk kolonistləri bonus təklif də gözləyir.

Son.az technote.az-a istinadən bildirir ki, Yer kürəsinə geri dönüş biletini almağa ehtiyac qalmayacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə Elon Musk 2020-ci illərə təsadüf edəcək Mars uçuşu biletinin qiymətini açıqlayıb.

"Mən əminəm ki, gələcəkdə bu cür uçuşun qiyməti 500.000$-dan və hətta 100.000$-dan aşağı olacaq" - deyə Musk öz Twitter hesabında bildirib. Onun qiymətləndirməsinə əsasən inkişaf etmiş istənilən ölkənin vətəndaşı öz evini sataraq əldə olunmuş vəsait hesabına Marsa uçuş biletini əldə edə biləcək. Yer kürəsinə geri qayıdış biletini isə almağa ehtiyac qalmayacaq. Belə ki, şirkət bunu pulsuz reallaşdıracaq. Musk onu da qeyd edib ki, biletlərin qiymətləri həmçinin kosmik gəmidə olacaq astronavtların sayından da asılı olacaq.